Strateji Araşdırmalar Mərkəzi “Müasir regional geosiyasət kontekstində Azərbaycan-Yaponiya münasibətləri” mövzusunda müzakirəli görüş təşkil edəcək

Strateji Araşdırmalar Mərkəzi “Müasir regional geosiyasət kontekstində Azərbaycan-Yaponiya münasibətləri” mövzusunda müzakirəli görüş təşkil edəcək
# 09 dekabr 2009 09:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. SAM-dan APA-ya verilən məlumata görə, layihə çərçivəsində dekabrın 11-də “Müasir regional geosiyasət kontekstində Azərbaycan-Yaponiya münasibətləri” mövzusunda müzakirəli görüş təşkil olunacaq. Mərkəzin konfrans zalında təşkil olunacaq tədbirdə əsas məruzəçi qismində Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki çıxış edəcək.

XİN-in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda səfir Azərbaycan-Yaponiya münasibətləri, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən danışacaq, iştirakçıların suallarını cavablandıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR