Politoloq Aleksandr İsgəndəryan: “Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlərin baş verəcəyinə dair siyasi perspektiv görmürəm” - FOTO

Politoloq Aleksandr İsgəndəryan: “Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlərin baş verəcəyinə dair siyasi perspektiv görmürəm” - <font color=red>FOTO</font>
# 10 dekabr 2009 07:57 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivini real perspektiv kimi görürəm. Düzdür, bu o demək deyil ki, yüz faiz belə olacaq. Ola da bilər, olmaya da. Lakin bu perspektiv siyasi baxımdan realdır və 1-2 faizlə ölçülmür”. Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Avropa və Asiya Media Forumunda iştirak edən Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan deyib. O bildirib ki, Ermənistan-Türkiyə yaxınlaşmasının yaxın aylarda – gələn ilin fevral-martında daha da irəliləyəcəyi ehtimalı yüksəkdir. Qarabağ münaqişəsini həllinə gəldikdə isə, erməni politoloq ciddi irəliləyişlərin baş verəcəyinə dair siyasi perspektiv görmədiyini söyləyib: “Mən bu gün bunu real olaraq təsəvvür etmirəm. Bilmirəm, nə baş verə bilər ki, həll perspektivini real təsəvvür etmək mümkün olsun. Bir sözlə, Ermənistan-Türkiyə məsələsində mən ehtiyatlı, yaxud müəyyən şübhəsi də olan nikbin, Ermənistan-Azərbaycan məsələsində isə bədbinəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR