Amerikalı həmsədr Robert Bradtke Azərbaycandadır

Amerikalı həmsədr Robert Bradtke Azərbaycandadır
# 10 dekabr 2009 10:05 (UTC +04:00)
R. Bradtke Bakıya ötən gecə gəlib. Diplomat digər həmkarlarının Bakıya gəlişini gözləyir. Heyət tam formalaşandan sonra görüşlərə başlanacaq.

Diplomatik mənbələrdən APA-ya bəlli olub ki, rusiyalı və fransalı həmsədrlər Yuri Merzlyakov və Bernar Fasienin Bakıya bu gün gələcəyi gözlənilir. Görüşlər isə dekabrın 11-də keçiriləcək.

Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. Görüşlərdə “Madrid prinsipləri”nin həmsədrlər tərəfindən yenilənmiş variantı və Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məsələsi müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR