ABŞ Dağlıq Qarabağ separatçılarına 8 milyon dollar ayırıb

ABŞ Dağlıq Qarabağ separatçılarına 8 milyon dollar ayırıb
# 10 dekabr 2009 11:53 (UTC +04:00)
Bakı – APA. ABŞ Nümayəndələr Palatası və Senat 2010-cu ildə Ermənistan və Dağlıq Qarabağa iqtisadi yardım paketini qəbul ediblər. APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, Amerika Erməni Milli Komitəsi Ermənistana 41 milyon dollar, Dağlıq Qarabağa isə 8 milyon dollar məbləğində iqtisadi yardım veriləcəyini açıqlayıb. Daha əvvəl Nümayəndələr Palatası Ermənistana 48 milyon, Dağlıq Qarabağa 10 milyon dollar ayrılmasını təklif etmiş, lakin Senat Ermənistana 30 milyon dollar kömək müəyyənləşdirmiş, Dağlıq Qarabağa isə yardım ayrılmasına ehtiyac görməmişdi. Yekun qərar razılıq üzrə komitədə verilib.

ABŞ Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan konqresmenlər Adam Şiff, Mark Kirk, Stiv Rotman, Cessi Cekson, Stiv İsraeli və Frenk Lobiondoya Ermənistana yardımın 11 milyon dollar artırılması və Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasında oynadıqları rola görə təşəkkür edib: “Biz Ermənistanla Azərbaycan arasında paritetin qorunması və Dağlıq Qarabağa kömək göstərilməsindən məmnunuq”.

Xatırladaq ki, Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş bölgəsidir. Hazırda bu bölgədə özünü müstəqil dövlət elan etmiş separatçı rejim mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR