Azərbaycan prezidenti Koreyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Koreyanın yeni səfirinin etimadnaməsini qəbul edib
# 10 dekabr 2009 17:00 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev dekabrın 10-da Koreyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Ci-Hanın etimadnaməsini qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı iki ölkə arasında əlaqələrin son illər uğurla və dinamik inkişaf etdiyini vurğulayıb. İqtisadi əməkdaşlığa toxunan prezident Azərbaycanda çoxlu sayda Koreya şirkətinin müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində, infrastruktur və bir sıra digər investisiya layihələrində iştirakını bu əlaqələrin yaxşı göstəricisi kimi qiymətləndirib.

Öz növbəsində, Li Ci-Han Azərbaycana səfir kimi fəaliyyətə başlamasından şərəf duyduğunu deyib, Koreyanın ikitərəfli münasibətlərin inkişafından məmnun olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR