İordaniyada Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO

İordaniyada Heydər Əliyevin anım mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 11 dekabr 2009 08:32 (UTC +04:00)
Bakı-APA. Heydər Əliyevin vəfatının altıncı ildönümü münasibətilə Azərbaycanın İordaniya Krallığındakı səfirliyində anma mərasimi keçirilib, ehsan süfrəsi açılıb. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə İordaniyanın siyasi-ictimai dairələrinin, Əmman meriyasının, yerli qəbilələrin və Qafqaz icmalarının nümayəndələri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin təmsilçiləri, yerli KİV-in, İordaniyada yaşayan Azərbaycan icmasının nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər. Mərasimdə Heydər Əliyevin həyat yolunu, dövlət başçısı kimi fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub.
Mərasimdə səfir Elman Araslı və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi X. Həmşavi çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat veriblər.
Anma mərasimi ilə əlaqədar olaraq İordaniyanın paytaxtında Heydər Əliyevin adını daşıyan prospekt də ziyarət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR