Azərbaycan-Amerika Şurası: Konqresin qərarı ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinə ziddir

Azərbaycan-Amerika Şurası: Konqresin qərarı ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinə ziddir
# 11 dekabr 2009 08:55 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycan-Amerika Şurası faktla bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, 2009-cu ilin martında Azərbaycan-Amerika Şurasının və digər təşkilatların nümayəndələri ABŞ Konqresinə şahid ifadələri təqdim edərək Dağlıq Qarabağa birbaşa yardımların dayandırılmasını tələb etmişdilər. Onlar bu tanınmamış rejimin hərbi təcavüz və etnik təmizləmə nəticəsində qanunsuz qurulduğunu əsas gətirmişdilər. Bu ilin may ayında prezident Obama 2010-cu maliyyə ilində xarici hərbi maliyyə yardımı çərcivəsində Azərbaycana 4 milyon, Ermənistana 3 milyon dollar, beynəlxalq hərbi təhsil və təlim proqramı çərçivəsində Azərbaycana 900 min, Ermənistana 450 min dollar, eyni zamanda Ermənistana 30 milyon dollar yardım ayrılmasını təklif etmişdi. Bu təklifdə Dağlıq Qarabağa yardım nəzərdə tutulmamışdı. Amma ABŞ qanunvericilərinin 2010-cu il büdcəsinə dair indiki qərarı bu təklifləri nəzərə almır, Dağlıq Qarabağa yardım ayrılır, hərbi paritet saxlanılır və Ermənistana yardım 41 milyon dollara qaldırılır.

Bəyanatda bildirilir ki, ABŞ Konqresindəki xüsusi maraq qruplarının təsiri altında qəbul edilmiş bu qərar ABŞ vergi ödəyicilərinin pulunun Ermənistanın Azərbaycan ərazisində yaratdığı tanınmamış qanunsuz quruma sərf edilməsinə yönəlib: “Konqresin mövqeyi ölkənin ABŞ Dövlət Departamenti tərəfindən ifadə olunan və Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinə ziddir. Ən əsası da odur ki, sərt iqtisadi böhran şəraitində və işsizliyin artdığı bir vaxtda ABŞ qanunvericiləri kütləvi enik təmizləmə üçün məsuliyyət daşıyan və evinə qayıda bilməyən 800 mindən çox azərbaycanlı məcburi köçkünün iztirablarını artıran bir rejimi mükafatlandırır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR