Belarus prezidentinin Azərbaycana rəsmi səfəri gələn ilin birinci yarısına planlaşdırılır

Belarus prezidentinin Azərbaycana rəsmi səfəri gələn ilin birinci yarısına planlaşdırılır
# 11 dekabr 2009 10:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Belarus prezidenti Aleksandr Lukaşenkonun gələn ilin birinci yarısında Azərbaycana rəsmi səfəri gözlənilir. APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib. Səfir deyib ki, bu, cavab səfəridir: “Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Belarusda səfərdə olarkən həmkarını Azərbaycana dəvət edib”.

Səfər zamanı imzalanacaq sənədlər barədə dəqiq məlumat verməyən N. Patskeviç hazırda 10 sənəd üzərində iş aparıldığını deyib.

Onun sözlərinə görə, səfər zamanı Bakı Slavyan Universitetində Belarusu Öyrənmə Mərkəzi də açılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR