Azərbaycan Milli Məclisi ABŞ Konqresinə müraciət qəbul edib

Azərbaycan Milli Məclisi ABŞ Konqresinə müraciət qəbul edib
# 15 dekabr 2009 15:08 (UTC +04:00)
Müraciətdə qeyd olunub ki, Dağlıq Qarabağda separatçı, oyuncaq bir rejim yaradılıb, həmin ərazilər terrorçu təşkilatların sığınacaq yerinə çevrilib. Eyni zamanda, sənəddə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə olan ümidlərin özünü doğrulmadığı qeyd edilib. Vurğulanıb ki, Konqresin Dağlıq Qarabağa ayırdığı vəsait Azərbaycana ayrılan vəsaitin tərkibində olsaydı, onun sonrakı təyinatı haqda düşünmək olardı.

Müraciətdə bildirilib ki, Konqresin bu addımından sonra Ermənistan rəhbərliyi Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinə daha da çox əngəl törədəcək. Sənəddə Nobel mükafatı alan ABŞ prezidenti Barak Obamanın “veto” hüququndan istifadə edərək sənədin qəbuluna imkan verməyəcəyinə inam ifadə olunub: “Ümid edirik ki, Azərbaycan cəmiyyətində böyük narazılıq yaradan bu sənədin qəbul olunmasına yol verilməyəcək”.

Səsvermə zamanı 108 deputat müraciətin qəbul olunmasının lehinə səs verib.

Qeyd edək ki, ABŞ Konqresi 2010-cu maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR