Bakıda “NATO 60 illik yubiley ərəfəsində - bəzi iştirakçı dövlətlərin NATO-nun roluna dair baxışları” mövzusunda konfrans keçirilib

Bakıda “NATO 60 illik yubiley ərəfəsində - bəzi iştirakçı dövlətlərin NATO-nun roluna dair baxışları” mövzusunda konfrans keçirilib
# 16 dekabr 2009 12:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda Rumıniya səfirliyi və NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbinin (NİSA) təşkilatçılığı ilə “NATO 60 illik yubiley ərəfəsində - bəzi iştirakçı dövlətlərin NATO-nun roluna dair baxışları” mövzusunda konfrans keçirilib. APA-nın Rumıniya səfirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, konfrans alyansın 60 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində keçirilir. Konfransın məqsədi NATO-ya üzv ölkələrin demokratiyanın inkişafına və çiçəklənmə prosesinə təsiri barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaq olub. Tədbir iştirakçıları ölkələrinin hərbi alyansa üzvlüyü ilə bağlı təcrübələrini bölüşüblər. Konfransda NİSA-nın direktoru Mikayıl Yusifov, Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki, Türkiyə səfiri Hulusi Kılıc, Polşa səfiri Kşiştof, Norveç səfiri Yon Ramberq iştirak ediblər. Qeyd edək ki, Rumıniya səfirliyi bu il yanvarın 1-dən Azərbaycanda NATO-nun koordinatoru vəzifəsini yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR