Səfir Mahir Əliyev: “Bakı-Dəməşq aviareysinin açılışı ilə bağlı danışıqlar gedir”

Səfir Mahir Əliyev: “Bakı-Dəməşq aviareysinin açılışı ilə bağlı danışıqlar gedir”
# 16 dekabr 2009 14:36 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. 2010-cu ildə Azərbaycanla Suriya arasında bir sıra qarşılıqlı səfərlər gözlənilir. Bu barədə APA-ya Azərbaycanın Suriyada fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev məlumat verib. Səfir ölkələr arasında əlaqələrin genişlənməsində birbaşa aviasiya əlaqəsinin böyük rol oynadığını nəzərə çatdırıb. Bu məqsədlə Bakı-Dəməşq təyyarə reysinin açılması ilə bağlı danışıqlar aparıldığını bildirən səfir hələlik Hələbə birbaşa reysin açılması məsələsinin gündəmdə olmadığını deyib.

Azərbaycanın Suriya ilə energetika sahəsində əməkdaşlıq etdiyini deyən səfir bu ölkəyə ildə 1 milyard kubmetr qaz satılmasının nəzərdə tutulduğunu bildirib: “Lakin bu niyyətin gerçəkləşməsi Türkiyədən Suriyaya uzunluğu 167 kilometr olan qaz kəmərinin çəkilişindən asılıdır. Kəmərin 2011-ci ilin əvvəllərinə kimi çəkilib qurtarması nəzərdə tutulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR