Türkiyənin müxalifətçi millət vəkili xarici işlər nazirindən soyadının Davudyan olub-olmadığını soruşub

Türkiyənin müxalifətçi millət vəkili xarici işlər nazirindən soyadının Davudyan olub-olmadığını soruşub
# 21 dekabr 2009 16:06 (UTC +04:00)
Bakı – APA. Türkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyasının üzvü, millət vəkili Ənsar Öyüt xarici işlər naziri Əhməd Davudoğlunu sərt tənqid edib. APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin şimal-şərqində yerləşən Ərdahan rayonundan millət vəkili seçilmiş Ə. Öyüt ABŞ telekanallarından birində Türkiyənin şərq hissəsinin “Kürdüstan” kimi təqdim edildiyini, hökumətin isə buna səssiz qaldığını bildirib: “Xarici İşlər Nazirliyimiz buna nota vermir. Nazir də heç bir açıqlama vermir. Xarici işlər naziri nə işə yarayır? Sənin soyadın Davudoğludur, yoxsa Davudyan? Sən türksənmi? Söylə, bilək. Bəs hörmətli baş nazir niyə etiraz etmir? Bu, çox ciddi xətadır. Artıq neçənci dəfədir Türkiyənin bir hissəsi Kürdüstan kimi göstərilir, amma kimsənin tükü tərpənmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR