Bakıda “Solidarnostun onilliyi” adlı sərgi açılıb

Bakıda “Solidarnostun onilliyi” adlı sərgi açılıb
# 22 dekabr 2009 10:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakı Slavyan Universitetində Mərkəzi və Şərqi Avropada kommunizmin tənəzzülünün 20-ci ildönümünə həsr olunmuş “Solidarnostun onilliyi” adlı sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, rektor Kamal Abdulla deyib ki, müasir Polşanın tarixinin önəmli bir dövrünü əks etdirən sərgi universitetin müəllim və tələbələri, ümumiyyətlə, hər kəs üçün çox maraqlı bir hadisədir. O, rəhbərlik etdiyi təhsil ocağı ilə Polşa səfirliyi arasında uğurlu əməkdaşlığın davam edəcəyinə inandığını söyləyib.
Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski sərgini isə hər iki ölkənin birgə tarixi, birgə müstəqillik yolu adlandırıb: “Polşa tam müstəqillik qazandığı vaxt Azərbaycan hələ SSRİ-nin tərkibində idi. 1990-cı il qanlı 20 yanvar hadisələri həmişə bizim yadımızdadır. Mən istərdim ki, bu sərgi Azərbaycanın müstəqilliyi yolunda həlak olmuş insanların xatirəsinə həsr edilsin”.
Qeyd edək ki, sərgidə Polşada kommunist rejimi ilə mübarizənin son 10 ilindən bəhs edən arxiv fotoları, plakatlar, rəsmlər və şahidlərin söylədikləri sərgilənir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR