Milli Məclisdə Azərbaycanın PKK-nı terror təşkilatı kimi tanıması təklifi irəli sürülüb

Milli Məclisdə Azərbaycanın PKK-nı terror təşkilatı kimi tanıması təklifi irəli sürülüb
# 25 dekabr 2009 10:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, deputat Cəmil Həsənli Milli Məclisin bugünkü iclasındakı çıxışında deyib ki, PKK erməni terrorçuları ilə əlbir işləyir: “Biz bu məsələyə münasibətimizi bildirməliyik. Belə getsə, Azərbaycan Milli Məclisi bu məsələyə münasibətdə dünyada sonuncu parlamentlərdən biri olacaq”.

Deputat, həmçinin parlamentin sədrindən həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına çalışmağı xahiş edib: “Qənimət Zahid, Eynulla Fətullayev və iki gənc blogger azadlığa buraxılmalıdır”.

Milli Məclisin spikeri Oqtay Əsədov deputatın qaldırdığını məsələlərə cavab verib: “PKK-nı terrorçu təşkilat kimi əvvəlcə Türkiyə parlamenti tanısın, sonra biz də tanıyarıq” .

Jurnalistlərin azadlığa buraxılması ilə bağlı məsələyə toxunan O. Əsədov bunları deyib: “Təkcə Eynulla Fətullayevlə bağlı danışmaq istəyirəm. Bu adam Xocalı faciəsini azərbaycanlıların törətdiyini yazıb. Ermənilər isə bütün dünyada bundan istifadə edirlər. Buna görə ona səkkiz il iş verilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR