Azərbaycan Milli Məclisində Avropa Parlamentinə etiraz müraciəti qəbul olunub

Azərbaycan Milli Məclisində Avropa Parlamentinə etiraz müraciəti qəbul olunub
# 25 dekabr 2009 15:17 (UTC +04:00)
APA-nın məlumatına görə, müraciətdə qeyd olunur ki, dekabrın 17-də Avropa Parlamentində Azərbaycana dair qəbul olunan qətnamə ölkədə narahatlıq və təəssüflə qarşılanıb: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edir və demokratik dəyərlərə üstünlük verir. İnsan hüquqlarının qorunması ölkənin ali məqsədlərindən biridir. Bizi bu yoldan heç kim çəkindirə bilməz. Bizim gələcəyimiz demokratik inkişafa bağlıdır. Ümid edirik ki, Avropa Parlamenti Azərbaycanla bağlı məsələlərə baxarkən, ölkədə hökm sürən əsas meylləri kənara qoyaraq, ayrı-ayrı istisna halları ümumiləşdirmək prinsipini əsas götürməyəcək”.

Müraciətdə o da qeyd olunub ki, Azərbaycan parlamenti qətnaməni demokratik dövlət olan Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir: “Qətnamə qərəzli hazırlanıb”.

Qeyd edək ki, “Müsavat” deputat qrupu müraciətin əleyhinə səs verib. Deputat qrupunun üzvü Pənah Hüseyn Avropa Parlamentinin qətnaməsinin tərəfdarı olduqlarına buna görə müraciətin əleyhinə səs verdiklərini deyib.

Əlavə edək ki, Avropa Parlamenti dekabrın 17-də qəbul etdiyi qətnamədə Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan durumda olmadığını bildirib, Azərbaycan hökumətini bu istiqamətdə müsbət addımlar atmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR