Vaşinqtonda Türk-Amerika Televiziyası fəaliyyətə başlayıb

Vaşinqtonda Türk-Amerika Televiziyası fəaliyyətə başlayıb
# 26 dekabr 2009 08:09 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Türk-Amerika Televiziyası (TATV) adlanan kanal ABŞ ərazisində kabel vasitəsilə yayımlanacaq.

Kanalın yaradıcıları, əsasən türklərin uğur və problemlərini, o cümlədən qondarma “erməni soyqırımı”, Kipr, Dağlıq Qarabağ və s. problemləri işıqlandırmağı qarşılarına məqsəd qoyublar. TATV-də türk və ingilis dillərində tarixi, sosial və mədəniyyət məsələlərinə həsr olunmuş verilişlər yayımlanacaq.

Kanalın əməkdaşlarının əksəriyyəti könüllülük prinsipi ilə işləyir. Onlar bildirirlər ki, iki potensial tamaşaçı auditoriyaları var - türklər və amerikalılar. Türklər səslərinin eşidilməsini, amerikalılar isə Türk mədəniyyəti haqqında daha çox şey öyrənmək istəyirlər.

Kanal mövzularının əhatəsini genişləndirmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR