Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli gecə təşkil edib - FOTOSESSİYA

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli gecə təşkil edib - <font color=red>FOTOSESSİYA</font>
# 30 dekabr 2009 07:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli gecə təşkil edilib. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyev qonaqları salamlayaraq, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsinin tarixi əhəmiyyətindən danışan Aqşin Mehdiyev bunu dünyada yaşayan bütün azərbaycanlıların birləşməsi və Azərbaycanın firavan və parlaq gələcəyi naminə həmrəy olması istiqamətində atılmış ən mühüm addımlardan biri kimi qiymətləndirib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.

Daha sonra Nyu York Assambleyasının üzvü Alek Bruk Krasni, Azərbaycan Nyu York Assosiasiyasının sədri Əli Nəsibov, AZEM icmasının rəhbəri və Nyu Yorkda çap olunan “Yeni hədd” qəzetinin baş redaktoru Nobert Yevdayev, Türkiyə-Amerika Assosiasiyasının Prezidenti Kaya Boztəpə çıxış ediblər. Tədbirdə Bruklin prezidenti Martin Malkovits adından onun koməkçisi çıxış edərək, Bruklin prezidentinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Amerikada, xüsusilə Bruklində yaşayan azərbaycanlılara ünvanlanmış təbrik məktubunu oxuyub. Məktubda Bruklində yaşayan azərbaycanlıların Bruklinin ictimayi-siyasi və mədəni həyatında aktiv rolu qeyd edilir. Eyni zamanda məktubda Bruklinin prezidenti tərəfindən 29 dekabr 2009-cu il tarixi Bruklində Azərbaycanlıların Həmrəyliyi Gününün qeyd edilməsi tarixi kimi bəyan edilir.

Daha sonra tədbirdə “Prezident” adlı sənədli film nümayiş etdirilib. Tədbirdə iştirak edən yüzlərlə həmvətənlərimizə və digər qonaqlara Azərbaycan musiqisi və mətbəxinin nümunələri təqdim edilib.

Gecədə yüksək səviyyəli qonaqlar, ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və dağ yəhudi cəmiyyətlərinin rəhbərləri və nümayəndələri, Nyu York və ətraf ştatlarda yaşayan azərbaycanlılar, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR