AŞ PA həmməruzəçiləri Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıblar
05 yanvar 2010 16:51 (UTC +04:00)
APA-nın AŞ PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, həmməruzəçilər Andres Herkel, Cozef Debono Qrex və Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrosser bu gün bəyanatla çıxış edərək, 99 nəfərin əfv olunmasını alqışladıqlarını bildiriblər. “AŞ PA dəfələrlə qeyd edib ki, Avropa Şurasının üzvü olan ölkələrdə siyasi məhbuslar olmamalıdır”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, prezident İlham Əliyevin 2009-cu il dekabrın 25-də imzaladığı əfv sərəncamı 99 məhbusa şamil edilib. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 89 və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 nəfər cəzasının çəkilməmiş hissəsindən, 6 nəfər isə cərimə cəzasından azad edilib, 1 qadın məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov da var.

Xarici siyasət
Azərbaycan və Litva XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
19:06
20 sentyabr 2024
Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var
15:37
20 sentyabr 2024
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib
14:16
20 sentyabr 2024
İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib
13:50
20 sentyabr 2024