MSK-nın nümayəndə heyəti Ukraynada keçiriləcək prezident seçkilərini müşahidə edəcək

MSK-nın nümayəndə heyəti Ukraynada keçiriləcək prezident seçkilərini müşahidə edəcək
# 06 yanvar 2010 12:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti yanvarın 17-də Ukraynada keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə APA-ya MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, seçkilərin müşahidə edilməsi ilə bağlı Ukraynadan rəsmi dəvət gəlib. R. Qasımov Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə yekun vurulmadığı üçün Ukraynaya gedəcək nümayəndə heyətinin tərkibinin müəyyənləşmədiyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR