Azərbaycanın BMT-dəki səfiri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Baş Katibə məktub göndərib

Azərbaycanın BMT-dəki səfiri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Baş Katibə məktub göndərib
# 06 yanvar 2010 23:16 (UTC +04:00)
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, ötən il dekabrın 23-də yollanmış məktubda bu yaxınlarda Ermənistanın BMT-dəki nümayəndəsi tərəfindən verilmiş bəyanata münasibət açıqlanıb: “Bu bəyanatlar Ermənistanla Azərbaycan arasındakı münaqişənin konstruktiv və beynəlxalq hüquqa əsaslanaraq həll olunmasına dair bu ölkənin rəhbərliyi tərəfindən götürülmüş öhdəlikləri pozur. Ermənistanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının 11 noyabr, 2009-cu il tarixli, 6216-cı iclasında səsləndirdiyi bəyanatında iddia edib ki, Ermənistanın Azərbaycana qarşı hərəkətləri Azərbaycan tərəfindən 70 illik Sovet hakimiyyəti dövründə idarə olunan və ermənilərin öz ata-baba yerlərindən qovulmağa yönəlmiş, etnik təmizləməsinin qarşısını almaq məqsədi daşıyıb.

Təhrif olunmanın başqa bir nümunəsi Ermənistan nümayəndəsinin Baş Assambleyanın Üçüncü Komitəsinin 2 noyabr 2009-cu il tarixində keçirdiyi iclasında söylədiyi nitqində də əksini tapıb. Orda iddia olunub ki, Dağlıq Qarabağ bölgəsinin xalqı öz müqəddəratını sülh yolu və danışıqlar vasitəsi ilə axtarır. Belə həyasız iddialar Ermənistan rəsmilərinin adi möhtəkirlikləri, Azərbaycana qarşı başladığı işğalçı müharibənin mənşəyi, istiqaməti və aqibəti kimi də istisna deyil. Biz bütövlüklə anlayırıq ki, cəzasız qalma mədəniyyətini qorumaq məqsədilə, Ermənistanın cəhdi beynəlxalq ictimaiyyəti çaşdırmaq və problemin mahiyyətini açıq-aydın təhrif olunmuş şəkildə qəbul etdirmək təhlükəsi daşıyır, məsələnin siyasi yolla həll olunma perspektivinə ciddi təhlükə yaradır, ona görə də bu diqqətdən kənarda qala bilməz”.

Səfir məktubunda qeyd edib ki, 70 illik Sovet hakimiyyəti dövründə Ermənistan öz ərazilərini əsasən Azərbaycan torpaqları hesabına genişləndirməyə müvəffəq olub və bununla da azərbaycanlıları öz torpaqlarından qovmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib: “Elə bunu demək kifayətdir ki, Sovetin dövründə Ermənistanın ərazisi 8.000 – 10.000 kv/km-dən 29.000 kv/km qədər genişlənib. Azərbaycanı günahlandırmaq əvəzinə, Ermənistan hökuməti anlamalıdır ki, öz ərazisini bütün qeyri-ermənilərdən təmizləməklə dünyada yeganə unikal mono-etnik dövlətə çevrilib. Lakin Azərbaycan bu günə kimi öz etnik müxtəlifliyini qoruyub. Həqiqətən də, Ermənistanın siyasət və təcrübəsində irqi ayrı-seçkilik açıq-aydın üstünlük təşkil edir, buna görə də rəsmi Yerevanın xoş məramlı olmaq təminatına inam əyani sübuta əsaslanaraq, açıq-aydın azalıb”.

A.Mehdiyev daha sonra vurğulayıb ki, Ermənistan özünün uydurduğu və guya “nəcib məqsədlərə xidmət edən” ekspansiya siyasətini təsdiqləmək məqsədi ilə bir sıra tarixi bəyanatlar da verib. Başqa sözlə, lap əvvəldən Ermənistanın Azərbaycana qarşı çox açıq apardığı siyasətin məqsədi məhz əraziləri hərbi əməliyyatlarla işğal etmək, güc və demoqrafik quruluşun əsaslı dəyişdirilməsinə nail olmaqdır.

Ermənistan tərəfinin unutqanlığı tez-tez hadisələrin xronologiyasına da aid olur: “Hansı ki, bu xronologiyalar Ermənistanla Azərbaycan arasında olan münaqişənin bugünkü mərhələsi ilə də əlaqəlidir. Əslində, Ermənistan tərəfindən Azərbaycan ərazisində başlamış iri miqyaslı döyüş əməliyyatları 1987-ci ilin sonlarında Xankəndidə (Sovet dövründə Stepanakert) azərbaycanlılara qarşı hücumlarla başlayıb. Bu isə azərbaycanlı qaçqınların və məcburi köçkünlərin axını, habelə Dağlıq Qarabağın Azərbaycandan bir tərəfli qaydada ayırmasını təmin etmək məqsədi ilə bir sıra qeyri-qanuni bəyannamələr və qərarların qəbul olunması ilə nəticələnib.

Ümumilikdə, bu proseslər Azərbaycanın Dağlıq Qarabağ regionunda, həm də ondan kənarda hələ də davam edən silahlı münaqişə, Azərbaycan ərazisinin 1/5 hissəsinin işğalı və təxminən ölkənin hər 8 nəfərdən birinin qaçqın və ya məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnib; 20.000 insan öldürülüb, 50.000 insan yaralanıb və ya əlil olub, təxminən 5.000 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş hesab olunur. Azərbaycana qarşı aparılan işğal ölkənin sosial-iqtisadi sahəsinə ciddi ziyan vurub və bu, həm işğal olunmuş ərazilər, həm də Ermənistandakı mədəni irs üçün çox fəlakətli nəticələrə gətirib çıxardıb.

Buna görə, Ermənistanın xalqların öz müqəddəratını təyin etmək prinsipinə müraciət etməsi ilə bağlı iddiaları həqiqətə ziddir və beynəlxalq hüquq kontekstində heç bir əsası yoxdur. Bu hüququn tanınması beynəlxalq hüququn fundamental normalarının pozulmasını qəbul etmək, habelə ən ciddi beynəlxalq cinayətlərin miqdarı və gücün istifadə olunmasını qadağan edən qaydaların pozulmasına bərabər olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR