Türkiyə və Almaniyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Türkiyə və Almaniyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər
# 08 yanvar 2010 08:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Türkiyəyə səfər etmiş Almaniyanın xarici işlər naziri Gido Vestervelle yanvarın 7-də Ankarada həmkarı Əhməd Davudoğlu ilə görüşüb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu jurnalistlərə açıqlamasında görüşdə regional inkişaf, Əfqanıstandakı vəziyyət, Yaxın Şərq sülh prosesi, İranın nüvə proqramı, Türkiyə-Ermənistan əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin müzakirə edildiyini deyib. O, Kipr problemi üzərində xüsusi dayandıqlarını söyləyərək bildirib ki, bu məsələnin Türkiyə-Avropa Birliyi münasibətlərini əngəlləyən amil olmadığı qənaətinə gəlinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR