Azərbaycanla Qətər arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunması haqqında saziş imzalanacaq

Azərbaycanla Qətər arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunması haqqında saziş imzalanacaq
# 12 yanvar 2010 06:42 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində yanvarın 12-də E. Məmmədyarovun Qətərin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal, Qətər Dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani, Qətər İnformasiya Birliyinin prezidenti, Qətər Əmirinin informasiya məsələləri üzrə müşaviri Şeyx Hamad bin Samir Al-Tani və "Al-Diyar Al-Qatari" şirkətinin icraçı direktorunun əməliyyatlar üzrə müavini D-r İsa Al-Fadala ilə görüşləri nəzərdə tutulub.

Qətər Dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani ilə görüşdən sonra isə “Azərbaycan Respublikası Höküməti və Qətər Dövləti Höküməti arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında Saziş”in imzalanma mərasimi keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR