Milli Məclisin üzvləri Ukraynada prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin üzvləri Ukraynada prezident seçkilərini müşahidə edəcəklər
# 12 yanvar 2010 14:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin deputatları Qənirə Paşayeva, Rüfət Quliyev, Nizami İsgəndərov və Sabir Hacıyev Ukraynada prezident seçkilərini müşahidə edəcəklər. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, deputatlar ölkənin bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.
Millət vəkilləri Qənirə Paşayeva və Sabir Hacıyev seçkilərə Avropa Şurası Parlament Assambleyasının xətti ilə qatılırlar. Səfər yanvarın 13-dən 19-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR