Türkiyəli politoloq: “Protokollar Ermənistan parlamentində ratifikasiya olunduqdan sonra beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiqi arta bilər”

Türkiyəli politoloq: “Protokollar Ermənistan parlamentində ratifikasiya olunduqdan sonra beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiqi arta bilər”
# 12 yanvar 2010 15:29 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. “Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə imzalanmış protokollara müsbət rəy verməsinin indiki halda Ankaraya təzyiq faktoru yaratdığını söyləyə bilmərik. Amma dövrəyə başqa faktorlar da girdikdən sonra təzyiq yaranacaq. Çünki ermənilər bu prosesi davam etdirəcəklərini açıqladılar. Protokollar Ermənistan parlamentində ratifikasiya olunduqdan sonra beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiqi arta bilər. Ancaq burada ən önəmli məsələ-Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edəcək proseslərdir”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna İstanbuldakı Kültür Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri Mənsur Akgün verib.

O, yaxınlaşma dinamikasının artması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılmasını vacib sayır: “Ancaq indiki şərtlərdə Türkiyənin asanlıqla addım ata biləcəyini zənn etmirəm.Çünki Türkiyə heç vaxt Azərbaycanın xətrinə dəyə biləcək bir iş görməyəcək. Avropa Birliyi xarici işlər komissarının verdyi açıqlamada Türkiyənin Qafqazda atdığı addımlar təqdir edilir. Əgər aprel ayına qədər çox mühüm bir irəliləyiş olarsa, Türkiyə protokolları ratifikasiya etmək üçün parlamentə gətirə bilər. Əgər işğal altındakı torpaqlar azad edilib Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına başlanılarsa, burada ən çox qazancı Azərbaycan əldə edəcək. Ermənistan Rusiyadan vaz keçib üzünü Qərbə tərəf çevirərsə, bunun faydasını Azərbaycan görəcək. Çünki Azərbaycanın əlində neft kimi güclü bir silah var. Ancaq təəssüf ki, bu sahədə irəliləyiş əldə edilmir”.

Mənsur Akgün Ermənistan ilə münasibətlər normallaşdırmazsa, Türkiyənin bundan ziyan görməyəcəyini deyib: “Çünki artıq “soyqırım” məsələsi də Türkiyənin başını əvvəlki kimi ağrıtmayacaq. Ermənistanın bazar olaraq Türkiyəyə heç bir faydası yoxdur. Çünki oradakı insanların alış gücü məlumdur. Dağlıq Qarabağ probleminin həlli isitiqamətində konkret addım atılmadığı müddətcə Türkiyənin də konkret addım atacağına inanmaq çətindir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR