Rəcəb Tayyip Ərdoğan: “Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”

Rəcəb Tayyip Ərdoğan: “Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”
# 13 yanvar 2010 13:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim-tələbə heyəti ilə görüşündə deyib. Münaqişənin nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun üzərinə mühüm iş düşündüyünü deyən Ərdoğan “Minsk Qrupu ilk öncə öz funksiyasını yerinə yetirməlidir, çünki geridə 20 illik bir müddət var və bu 20 il ərzində Qarabağ münaqişəsi həll olunmayıb” deyə vurğulayıb: “Minsk Qrupu nə edirsə-etsin bu münaqişənin həllinə nail olmalıdır. İlk növbədə qənaətim budur ki, Rusiya bu prosesdə aktivliyini artırmalıdır. Ermənistanın Qarabağı işğal etdiyini hamımız bilirik. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qərarları da var, zatən BMT də işğal faktını qəbul edir”.
Cənubi Qafqazda gedən proseslərə toxunan Rəcəb Tayyip Ərdoğan bölgədə uzunmüddətli stabilliyə nail olmağın vacibliyini vurğulayıb: “Bunun üçün Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılmasına dair təklifimiz hələ də qüvvədədir. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanın birgə əməkdaşlığı ilə bu bölgəni sülh regionuna çevirmək mümkündür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR