İranın Azərbaycandakı səfiri Naxçıvana gedib

İranın Azərbaycandakı səfiri Naxçıvana gedib
# 14 yanvar 2010 09:56 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bagir Bəhrami Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Bu barədə APA-ya açıqlamasında səfirliyin mətbuat katibi Abbas İsgəndəri məlumat verib. A. İsgəndəri səfərin Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 50 illik yubileyi ilə əlaqədar olduğunu bildirib.

İran səfiri V. Talıbovla görüşüb, onu yubileyi münasibətilə təbrik edib. Görüşdə Naxçıvan MR ilə İran arasında münasibətlər də müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR