Sergey Lavrov: “Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına infrastruktur layihələri ilə dəstək verməyə hazırdır”

Sergey Lavrov: “Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına infrastruktur layihələri ilə dəstək verməyə hazırdır”
# 14 yanvar 2010 11:17 (UTC +04:00)
O bildirib ki, Ermənistan-Türkiyə münasibətləri nə qədər tez normallaşsa, bölgə üçün o qədər yaxşıdır. S. Lavrov Sürixdə protokolların imzalanması mərasimində iştirak etdiyini xatırladaraq Rusiyanın normallaşma prosesinə infrastruktur layihələri (xüsusən dəmir yolu sahəsində) ilə dəstək verməyə hazır olduğunu açıqlayıb: “Tərəflər hazır olarsa, biz yardıma hazırıq”.

E. Nalbandyan isə Ermənistanın protokolları qısa müddətdə ratifikasiya etmək üçün əlindən gələni etdiyini söyləyib. Onun sözlərinə görə, ratifikasiya proseduru Ermənistanda Türkiyəyə nisbətən daha mürəkkəbdir, çünki əvvəlcə Konstitusiya Məhkəməsinin rəyi tələb olunurdu: “Ermənistanın bu sənədlərin tezliklə təsdiqlənməsi yönündə qərarlı olduğunu göstərən fakt ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi bir gün ərzində qərar verdi, halbuki müzakirələr uzana bilərdi. Lakin protokollar Türkiyə parlamentinə hələ ötən ilin oktyabrında daxil olub. Mən Türkiyənin protokolları əngəllədiyini düşünmək istəmirəm. İnanmaq istəyirəm ki, Türkiyə ratifikasiyanı gecikdirməyəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR