Andrey Nesterenko: “Dağlıq Qarabağ münaqişəsi xüsusi xarakterə malikdir”

Andrey Nesterenko: “Dağlıq Qarabağ münaqişəsi xüsusi xarakterə malikdir”
# 15 yanvar 2010 11:47 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. “Dağlıq Qarabağ münaqişəsi çox aktual məsələdir və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlarda olduğu kimi, bütün maraqlı tərəflər arasında aparılan danışıqlarda da müzakirə olunur”. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Andrey Nesterenko APA-nın Moskva müxbirinin sualını cavablandıran zaman söyləyib. Problemin xüsusi xarakterə malik olduğunu deyən XİN rəsmisi münaqişənin nizamlanma prosesinin çox incəlikləri olduğunu deyib: “Buna görə də danışıqlar və məsləhətləşmələr davam edir və tərəflər real zaman rejimində danışıqların gedişi ilə bağlı kütləvi informasiya vasitələrini məlumatlandırırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR