Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib
# 16 yanvar 2010 09:13 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.
Notada Azərbaycan tərəfinin Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin fikirlərindən narazılığı ifadə olunur və bildirilir ki, bu kimi bəyanatlar Azərbaycanla Rusiya arasında tarixən mövcud olan münasibətlərin, həmçinin mövcud əməkdaşlıq münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Xatırladaq ki, Vladimir Jirinovski Latviya mətbuatına verdiyi açıqlamada Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının zəruriliyini bildirib: “Əgər Dağlıq Qarabağ müstəqilliyini elan eləsə, Rusiya onun müstəqilliyini tanımalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR