Azərbaycan Dillər Universitetində Hindistan Mərkəzinin yaradılmasına dair protokol imzalanıb - FOTO

Azərbaycan Dillər Universitetində Hindistan Mərkəzinin yaradılmasına dair protokol imzalanıb - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 13:28 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan Dillər Universitetində Hindistan Mərkəzinin yaradılmasına dair protokol imzalanıb. APA-nın məlumatına görə, protokolu universitetin rektoru Səməd Seyidovla Hindistanın Azərbaycandakı səfiri Debnat Şou imzalayıblar. İmzalanma mərasimindən əvvəl çıxış edən rektor bildirib ki, belə bir mərkəzi yaradılması Azərbaycanda hind dili və mədəniyyətinin daha yaxından öyrənilməsinə kömək edəcək. O mərkəzin açılması üçün çəkdiyi zəhmətə görə səfir Debnat Şouya təşəkkürünü bildirib.

Səfir Debnat Şou bildirib ki, Hindistan Azərbaycanla biznes və turizm sahəsində olduğu kimi, mədəniyyət sahəsində də münasibətləri inkişaf etdirmək niyyətindədir: “Yaradılacaq mərkəz bu məqsədə xidmət edəcək. Bu mərkəz həmçinin Hindistan ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatını hind dilinə tərcümə etməyə imkan verəcək. Mərkəzin xətti ilə tələbə mübadiləsi aparmaq da mümkün olacaq”.

İmzalanma mərasimindən sonra Azərbaycan Dillər Universitetində “Atəşgah – Azərbaycanda zərdüştilik mədəniyyətinin nümunəsi kimi və onun qədim hind mədəniyyəti ilə əlaqəsi” mövzusunda seminar keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR