Sabir Hacıyev: “Beynəlxalq müşahidəçilər Ukraynada keçirilən prezident seçkilərini müsbət qiymətləndirir”

Sabir Hacıyev: “Beynəlxalq müşahidəçilər Ukraynada keçirilən prezident seçkilərini müsbət qiymətləndirir”
# 18 yanvar 2010 14:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Ukraynada keçirilmiş prezident seçkiləri beynəlxalq müşahidəçilər tərəfindən müsbət qiymətləndirilir”. Bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ukraynada keçirilən seçkiləri müşahidə edən missiyasının üzvü, Azərbaycan Milli Məclisinin üzvü Sabir Hacıyev deyib. O bildirib ki, AŞ PA, ATƏT, NATO parlament assambleyaları və Avropa Parlamentdən olan müşahidəçilər seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini hesab edirlər: “AŞ PA-dan olan nümayəndə heyətinin üzvlərinin toplantısında hamının fikri bu oldu ki, seçki öncəsi mətbuatdakı ab-havaya baxmayaraq, seçki çox normal, sakit şəraitdə keçdi. Biz qeyri-qanuni hallara rast gəlmədik. Mən Kiyev vilayətində AŞ PA-dan olan finlandiyalı deputatla müşahidə apardım. Hər şey normal idi. Bu gün keçirdiyimiz toplantıda hamımız çıxış etdik və ümumilikdə seçkilərin gedişi müşahidəçilər tərəfindən müsbət qiymətləndirildi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR