Ermənistan Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı ilə bağlı çaşqınlığını ifadə edib

Ermənistan Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı ilə bağlı çaşqınlığını ifadə edib
# 19 yanvar 2010 18:40 (UTC +04:00)
APA-nın «Novosti-Armeniya»ya istinadən yaydığı məlumata görə, Nalbəndyan Davutoğludan «Türkiyə tərəfinin Ermənistan Konstitusiya Məhkəməsinin qərarında ön şərtlərin məhz hansı hissədə olduğunu və bu qərarın protokolların əsas məqsədlərilə necə ziddiyyət təşkil etdiyini» soruşmaq niyyətindədir.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi isə Ermənistan Konstitusiya Məhkəməsinin qərarında protokolların mətninə və ruhuna ziddi şərtlərin irəli sürüldüyünü bildirərək bunun qəbuledilməz olduğunu açıqlayıb.

«Ümidvaram ki, bu bəyanatla Türkiyə tərəfi özünün davamlı ön şərtlər irəli sürmək cəhdlərini və protokolların ratifikasiyasının əsassız olaraq gecikdirilməsini ört-basdır etmək niyyətində deyil», - deyə erməni nazir bildirib.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında son zamanlara qədər kifayət qədər gərgin olan münasibətlər hazırda normallaşmaqdadır – Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davutoğlu və Edvard Nalbəndyan 2009-cu il oktyabrın 10-da Sürixdə "Diplomatik münasibətlərin qurulması haqqında» və «ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında» protokolları imzalayıblar. Hər iki sənəd bu ölkələrin parlamentləri tərəfindən ratifikasiya edilməlidir.

Xatırladaq ki, hazırda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki dövlət arasında sərhədlər rəsmi Ankaranın təşəbbüsü ilə 1993-cü ildən etibarən qapalıdır.

İki dövlət arasında münasibətlərin mürəkkəbliyi bir sıra səbəblərlə, əsasən Ankaranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəkləməsi və Türkiyənin 1915-ci il qondarma «erməni soyqırımı» ilə bağlı iddiaların beynəlxalq ictimaiyyət tərəfindən tanınması prosesinə kəskin reaksiyası ilə bağlıdır.

2010-cu il yanvarın 12-də Ermənistanın Konstitusiya məhkəməsi protokollarda qeyd olunmuş öhdəlikləri ölkə konstitusiyasına uyğun olduğu barədə qərar qəbul edib.
Məhkəmənin sədri Qaqik Arutunyanın səsləndirdiyi qərarda Konstitusiya məhkəməsi ətraflı şəkildə Türkiyə-Ermənistan protokollarının normalarını təhlil edərək sənədlərdə qeyd olunan müddəalar qarşılıqlı dövlətlərarası xarakter daşıyır və üçüncü ölkələrə şamil edilə bilməz.

KM üzvləri həmçinin qeyd ediblər ki, protokolların prioritet müddəası faktiki Türkiyə Ermənistan sərhədlərinin açılmasıdır və bütün digər öhdəliklər yalnız sərhədlər açıldıqdan sonra hüquqi qüvvəyə minir.

KM öz qərarında müəyyən edib ki, protokollarda əksini tapmış öhdəliklər beynəlxalq hüquq normalarına və beynəlxalq təcrübəyə əsaslanır. KM–in qərarında bildirilir ki, protokolların şərhi və onların tətbiqi Ermənistan Konstitusiyasının preambulası ilə ziddiyyət təşkil etməməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR