Xarici işlər nazirinin müavini Vaqif Sadıxov: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün var gücü ilə səy göstərir”

Xarici işlər nazirinin müavini Vaqif Sadıxov: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün var gücü ilə səy göstərir”
# 21 yanvar 2010 12:32 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Səudiyyə Ərəbistanının “Ukaz” qəzetinə verdiyi müsahibədə Azərbaycanın ağrılı problemi olan Qarabağ problemindən danışıb. APA-nın məlumatına görə, nazir müavini Azərbaycan torpaqlarının 20 faizinin erməni tapdağı altında olduğunu, Azərbaycanın bu problemin həll olunması yönündə var gücü ilə səy göstərdiyini deyib.

Vaqif Sadıqov Səudiyyə Ərəbistanının nəinki regionda, hətta bütün İslam dünyasında sülhün və sabitliyin bərqərar olmasında əhəmiyyətli rol oynadığın qeyd edib. O bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanla əlaqələrin iqtisadi, siyasi və mədəni sahələrdə gücləndirilməsinə böyük əhəmiyyət verir. Nazir müavini Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ probleminin həllində Azərbaycana dəstək verən ilk dövlətlərdən biri olduğunu vurğulayıb. O Səudiyyə Ərəbistanının Azərbaycandakı qaçqınlara göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib.

Qeyd edək ki, nazir müavini yanvarın 18-20-də İKT Nizamnaməsində müşahidəçi statusuna həsr olunmuş ekspertlər qrupunun görüşündə iştirak edib. Vaqif Sadıxov yanvarın 23-24-də “İKT-yə üzv ölkələrin ərazisində sülhün qorunması təhlükəsizliyin təmin olunması və münaqişələrin həllində İKT-nin rolu” mövzusunda toplantıya da qatılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR