Həmsədrlər bəyanatla çıxış edib

Həmsədrlər bəyanatla çıxış edib
# 22 yanvar 2010 10:15 (UTC +04:00)
Həmsədrlər öz ölkələrinin prezidentlərinin 2009-cu ilin iyulunda Akvilldə verdikləri göstərişlərə uyğun olaraq dekabrda Azərbaycana səfərləri zamanı prezident İlham Əliyevə təqdim etdikləri Madrid sənədinin yenilənmiş variantına dair baza prinsiplərinə son redaktələrini S. Sarkisyana təqdim ediblər. Yanvarın 21-də həmsədrlər Bakıda prezident İ. Əliyevlə görüşüblər. Həmsədrlərlə müzakirələr zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini davam etdirmək niyyətində olduqlarını bildiriblər. Həmsədrlər daha sonra Qazaxıstan hökuməti ilə ATƏT-ə sədrliklə bağlı məsləhətləşmələr aparmaq üçün Astanaya səfər ediblər. Məsləhətləşmələrdən sonra həmsədrlər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi edəcəyi Soçiyə gedəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR