AKP millət vəkili Zeynəb Dağı: “Baş nazirin Azərbaycanda ifadə etdiyi mövqe qüvvədə qalır” - EKSKLÜZİV

AKP millət vəkili Zeynəb Dağı: “Baş nazirin Azərbaycanda ifadə etdiyi mövqe qüvvədə qalır” - <font color=red>EKSKLÜZİV</font>
# 22 yanvar 2010 13:42 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Ermənistan Konstitusiya Məhkəməsinin qərarı çox xətalıdır. Protokolların imzalanması və Türkiyənin xoş niyyət nümayiş etdirməsindən sonra yenidən şərtlər irəli sürülməsi qəbul edilə bilməz. Buna baş nazirimiz də lazımi cavabı verib”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, millət vəkili Zeynəb Dağı deyib. O, Türkiyənin bölgədəki bütün problemlərin sülh və diplomatiya yolu həll edilməsinə önəm verdiyini söyləyib: “Regional sülh önəmlidir. Lakin iki ölkə yox, bölgə ölkələrinin hamısı sülh prosesində iştirak etməlidir. Bu baxımdan torpaqları işğal altından olan Azərbaycanın durumu nəzərə alınmalıdır. Türkiyənin bölgədə sülh yaratmaq üçün nümayiş etdirdiyi siyasi iradə ortadadır. Bizim təşəbbüsümüz beynəlxalq miqyasda da dəstək görür”.

“Baş nazir Ərdoğan keçən il Azərbaycan parlamentindəki çıxışında işğal aradan qalxmadıqca Ermənistanla sərhədin açılmayacağını dedi. Bu mövqe davam edirmi?” sualına Z. Dağı belə cavab verib: “Bəli, davam edir. Hörmətli baş nazir Türkiyənin mövqeyini ən yüksək səviyyədə ifadə edib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR