ABŞ Türkiyə və Ermənistanı imzaladıqları protokolları ratifikasiya etməyə çağırıb

ABŞ Türkiyə və Ermənistanı imzaladıqları protokolları ratifikasiya etməyə çağırıb
# 26 yanvar 2010 08:47 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Filip Krouli jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Barak Obama hökuməti Türkiyə və Ermənistanın ötən ilin payızında imzaladıqların protokolların tezliklə ratifikasiya olunmasını istəyir: “Bizim mövqeyimiz əvvəlki kimidir – hər iki tərəfin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi istiqamətində addımlar atması vacibdir”.

F. Krouli Ermənistan və Türkiyəni ratifikasiyaya sövq etmək üçün məsləhətləşmələri davam etdirəcəklərini açıqlayıb: “Biz başa düşürük ki, bu, hər iki ölkənin icra hakimiyyətinin öz qanunvericiləri ilə iş aparmasını tələb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR