Azərbaycan və Türkiyə XİN başçıları Londonda görüşəcəklər

Azərbaycan və Türkiyə XİN başçıları Londonda görüşəcəklər
# 26 yanvar 2010 22:48 (UTC +04:00)
Bakı-APA. Azərbaycan və Türkiyə XİN başçıları yanvarın 28-də Londonda görüşəcəklər. APA-nın məlumatına görə, bu barədə Türkiyənin «NTV» kanalına müsahibəsində Türkiyə XİN başçısı Əhməd Davutoğlu bildirib.

«Bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziriylə bir görüşümüz oldu. Hər ikimiz Londonda, Əfqanıstana dair konfransda iştirak edəcəyik. Orda da görüşümüz olacaq və görüşdə Dağlıq Qarabağ nizamlanması prosesini ətraflı dəyərləndirəcəyik. Biz bu prosesdə irəliləyişin olduğunu görürük. Ən azından iki ölkənin liderləri son 7-8 ayda 4 dəfə görüşüblər», deyə Davutoğlu əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR