Fevralın ilk həftəsində Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə ekspert qrupunun görüşü keçiriləcək

Fevralın ilk həftəsində Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə ekspert qrupunun görüşü keçiriləcək
# 29 yanvar 2010 16:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Azərbyacan-Gürcüstan sərhədlərinin delimitiasiya və demarkasiya ilə bağlı işlər davam edəcək. Bununla bağlı APA-nın Gürcüstan bürosunun məlumat verən xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Batumidə keçirilən enerji konfransına qatılan zaman komissiyanın Gürcüstan tərəfdən həmsədri ilə cari məsələləri müzakirə edib: “Əsas məsələ komissiyanın öz işini davam etdirməsidir. Belə qərara gəlmişik ki, yaxın zamanlarda, yəqin ki, fevral ayının ilk həftəsində ekspertlər qrupu sərhəd bölgəsində görüşüb bir daha araşdırma aparacaqlar. Onlar razılaşdırılmayan sahələrdə iş aparacaq və bunun nəticəsi olaraq komissiya sədrləri səviyyəsində müzakirələri davam etdirəcəyik. Daha sonra isə komissiyanın növbəti iclasının vaxtı müəyyənləşəcək. Delimitasiya komissiyasının növbəti iclası Bakıda keçiriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR