Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsi mərhələli həll olunmalıdır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsi mərhələli həll olunmalıdır”
# 01 aprel 2010 15:41 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozduğunu deyən nazir E. Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini bildirib. Bunun üçün münaqişənin mərhələli həllinin uyğunluğunu vurğulayan nazir Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması, həmin ərazilərdə normal həyat şəraitinin yaradılması, kommunikasiyaların açılması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması və sonda Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Nazir E. Məmmədyarov yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirib. Cavab olaraq, fransız deputatlar Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiklərini və bu istiqamətdə beynəlxalq səylərin artırılmasının vacibliyini bildiriblər. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR