AŞ PA prezidenti Sankt-Peterburqda keçiriləcək konfransda iştirak edəcək

AŞ PA prezidenti Sankt-Peterburqda keçiriləcək konfransda iştirak edəcək
# 03 aprel 2010 10:24 (UTC +04:00)
Bakı.Laçın Sultanova-APA. Aprelin 7-8-də Sankt-Peterburqda «Avropa təhlükəsizliyinin gələcəyi adlı» konfrans keçiriləcək. APA-nın məlumatına görə, tədbirin təşkilatçıları Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasıdır (MDB PA).

Konfrans iştirakçıları Avropa təhlükəsizliyinin hüquqi əsasları ilə bağlı məsələləri və «yumşaq təhlükəsizlik» konsepsiyası məsələlərini müzakirə edəcəklər.

Tədbirdə AŞ PA-nın prezidenti Mövlud Çavuşoğlu və MDB PA-nın sədri Sergey Mironov iştirak edəcəklər.

Xatırladaq ki, M. Çavuşoğlu aprelin 13-də Bakıya səfərə gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR