Serj Sarkisyan: «Məsələnin hərbi yolla həlli ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb olacaq»

Serj Sarkisyan: «Məsələnin hərbi yolla həlli ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb olacaq»
# 03 aprel 2010 22:13 (UTC +04:00)
APA-nın məlumatına görə, Ermənistan lideri bu barədə Almaniyanın «Der Spiegel» jurnalına bildirib.

Sarkisyan müsahibəsində ilk olaraq Türkiyənin Ermənistan ilə sərhədlərin açılması üçün Dağlıq Qarabağ probleminin həllində irəliləyişlərin olmasını istəməsini şərh edib: «Türkiyə bizdən davamlı olaraq güzəştə getməyimizi istəyir. Bu mümkün deyil. Ən önəmli məsələ Dağlıq Qarabağ xalqına öz taleyini özü təyin etməsi haqqının verilməsidir. Təəssüf ki, deyəsən Azərbaycan problemi hərbi yolla həll etmək istəyir. Bu da ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb olacaq» deyə o bildirib.

Azərbaycanın neft ölkəsi olması və Türkiyə kimi bir NATO üzvü tərəfindən dəstəklənməsinin «Dağlıq Qarabağ Respublikası»nın digər ölkələr kimi bərabər haqlara sahib olmasına mane olduğunu bəyan edən Sarkisyan, Türkiyə ilə sərhədlərin açılmasını 1915-ci ilə olayları ilə bağlamadıqlarını, bu səbəblə Türkiyə-Ermənistan yaxınlaşmasının alınmamağı durumunda bunun günahkarının Ermənistan olmayacağını deyib.

Türkiyənin irəli sürdüyü tarix komissiyasının yaradılmasına niyə qarşı çıxdığı barədə suala Sarkisyan, «Türkiyədə «soyqırım» sözünü işlədənlərin təqib edildiyi bir vəziyyətdə belə bir komissiyanın obyektiv fəaliyyət göstərməyəcək. Bu ideyanı ortaya atmaqda Türkiyənin arzusu «erməni soyqırımı»nın tanınması prosesinin ləngitməkdir. Belə bir komissiya yaradılarsa, demək aşkar həqiqətlər şübhə altına alınacaq. Komissiya yalnız Türkiyənin günahını etiraf etməsi halında yaradıla bilər. Biz Ağrı Dağını hər zaman ürəyimizdə daşıyırıq, ancaq heç vaxt heç bir Ermənistan rəsmisi Türkiyədən torpaq tələb etməyib» deyə bəyan edib.

Sarkisyan, 1915 olayları ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi barədə suala cavabında isə «Dünya qətiyyətli hərəkət etməlidir. Amerika da, Avropa da, Almaniya da. Türkiyə-Ermənistan yaxınlaşmasına yardım etmiş bütün ölkələr qəti mövqelərini ortaya qoymalıdırlar», deyə bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR