Rəcəb Tayyib Ərdoğan Serj Sarkisyana məktub göndərib

Rəcəb Tayyib Ərdoğan Serj Sarkisyana məktub göndərib
# 07 aprel 2010 14:08 (UTC +04:00)
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan xüsusi elçisi, Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu vasitəsilə göndərdiyi məktubunda Türkiyənin Ermənistanla imzalanmış protokollara sadiq olduğunu bəyan edib.

Parisdə bu mövzuda jurnalistlərə açıqlama verən baş nazir deyib ki, F. Sinirlioğlu həm onunla S. Sarkisyan arasında görüşün təşkili, həm də protokolların taleyi haqda müzakirə aparacaq. O bildirib ki, Vaşinqtonda S. Sarkisyanla görüşün baş tutması Ermənistan prezidentinin məktuba verəcəyi cavabdan asılı olacaq: “Firudin bəyi oraya göndərdik. Məktubu da göndərdik. Amerikada görüşün olub-olmaması bəzi şeylərdən - qarşı tərəfin cavabından asılıdır”.

Türkiyə XİN-dən “France Presse” agentliyinə bildirilib ki, S. Sarkisyana göndərilən məktubda Türkiyənin protokollara sadiq qalmasından və normallaşma prosesini inkişaf etdirməyə hazır olmasından bəhs edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR