Türkiyə və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyə və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub
# 09 aprel 2010 08:22 (UTC +04:00)
APA-nın TRT-yə istinadən yaydığı xəbərə görə, telefon söhbəti haqqında mediaya məlumat verən Ə. Davudoğlu hər önəmli hadisədən əvvəl və sonra E. Məmmədyarovla əlaqə saxladıqlarını deyib. O, həmkarına Türkiyə XİN aparatının rəhbəri və baş nazirin xüsusi elçisi Firudin Sinirlioğlunun Ermənistan səfəri haqqında bilgi verdiyini, eləcə də Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla keçirəcəyi görüş barədə fikir mübadiləsi apardıqlarını söyləyib. Ə. Davudoğlu E. Məmmədyarova bildirib ki, R. T. Ərdoğanla Fransa prezidenti Nikola Sarkozi arasındakı bu günlərdə Parisdə keçirilmiş görüşün önəmli hissəsi Ermənistan-Azərbaycan ixtilafına həsr olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR