Günter Ottinger: “Azərbaycan və Avropa İttifaqı enerji məsələlərində güclü əlaqələr qurub”

Günter Ottinger: “Azərbaycan və Avropa İttifaqı enerji məsələlərində güclü əlaqələr qurub”
# 14 aprel 2010 12:37 (UTC +04:00)
“Cənub dəhlizi” istiqamətində tərəqqi əldə etmək gündəlikdə duran birinci məsələ olacaq”. APA-nın məlumatına görə, bu sözləri bu gün axşam Bakıya səfərə gələcəyi gözlənilən Avropa İttifaqının enerji məsələləri üzrə Komissarı Günter Ottinger deyib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yaydığı press-relizdə bildirilir ki, komissar Ottinger enerji məsələlərini, o cümlədən Azərbaycan və Avropa İttifaqı üçün enerji təhlükəsizliyi və qaz kəməri layihələrini müzakirə etmək üçün prezident İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Komissar həmçinin, “Səngəçal”dakı Neft və Qaz terminalına səfər edəcək, ARDNŞ və Avropanın Bakıdakı neft şirkətlərinin nümayəndələri ilə müzakirələr aparacaq.

Xatırladaq ki, Yeni Avropa Komissiyası, o cümlədən enerji məsələləri üzrə komissar G. Ottinger 10 fevral 2010-cu ildə vəzifəsinin icrasına başlayıb. Bu, enerji məsələləri üzrə Avropa komissarı kimi Ottingerin Azərbaycana ilk səfəridir.

G. Ottinger Baden-Vyurttemberq Torpağının baş naziri vəzifəsində olarkən 2009-cu ildə Bakıya səfər edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR