Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Öttingeri qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Öttingeri qəbul edib
# 15 aprel 2010 15:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Öttingeri qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı tərəflər Azərbaycanla Avropa Birliyi arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlər, həmçinin regional enerji layihələri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın enerji layihələrinin dünya bazarlarını əlavə enerji ehtiyatları ilə təchiz etməyə yönəldiyini və enerji daşıyıcılarının çatdırılmasında diversifikasiyaya üstünlük verdiyini vurğulayıb. Günter Öttinger Azərbaycanın Avropa İttifaqının enerji təminatında mühüm rol oynadığını bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsi vacibliyini söyləyib. Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR