Azərbaycanın xarici işlər naziri aprelin 19-da Almaniyaya rəsmi səfərə gedəcək

Azərbaycanın xarici işlər naziri aprelin 19-da Almaniyaya rəsmi səfərə gedəcək
# 16 aprel 2010 11:28 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər proqramı çərçivəsində aprelin 19-da E. Məmmədyarovun AFR Bundestaqının Xarici Əlaqələr Komitəsinin və Bundestaqın yenicə formalaşmış Cənubi Qafqaz Parlament Qrupunun üzvləri, “Körber Stiftung” fondunda AFR Bundestaqının millət vəkilləri, elmi fondların rəhbərləri və iş adamları, AFR-in xarici işlər naziri Guido Vestervelle, AFR Kansler Aparatında Kanslerin Xarici və Təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşləri və Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı planlaşdırılır.

Aprelin 20-də XİN başçısının Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Ruprecht Polenz, AFR-in Baden-Vürttemberq əyalətinin baş naziri Stefan Mappus ilə görüşləri və Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulluğunun açılışında iştirakı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR