Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın dövlət başçısını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın dövlət başçısını milli bayram münasibətilə təbrik edib
# 16 aprel 2010 20:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın milli bayramı münasibətilə Prezident Bəşşar əl-Əsədə təbrik məktubu göndərib. Bu barədə APA «Azərtac» dövlət agentliyinə istinadən xəbər verir.

Məktubda deyilir: «Ölkənizin milli bayramı – Evakuasiya günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Suriya arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın və əlaqələrimizin hərtərəfli inkişafı sahəsində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR