Qırğızıstanın Mayovka kəndində baş verən iğtişaşda bir azərbaycanlı xəsarət alıb-səfir

Qırğızıstanın Mayovka kəndində baş verən iğtişaşda bir azərbaycanlı xəsarət alıb-səfir
# 19 aprel 2010 20:39 (UTC +04:00)
Səfirin sözlərinə görə, xəsarət alan həmyerlimizin adı dəqiqləşdirilir. O həlak olanlar arasında azərbaycanlının olmadığını deyib. Səfir Mayovka kəndində xeyli azərbaycanlının yaşadığını da təsdiqləyib. A. Ağayev bildirib ki, səfirlik əməkdaşları hazırda əlaqədar orqanlarla birlikdə hadisə ilə yaxından maraqlanırlar.

Qeyd edək ki, aprelin 19-da gündüz saatlarında Bişkekin şimal kənarındakı Mayovka kəndində yüzlərlə gənc iğtişaş törədərək, ev tikilməsi üçün torpaq tələb ediblər. Bişkek meri vəzifəsini icra edən İsa Omurkulovla danışıqlardan sonra vəziyyət müvəqqəti olaraq sabitləşib, lakin axşam iğtişaşlar yenidən başlayıb. Silahlı adamlar «türk məhəlləsinə» hücum edərək oradakı evləri dağıtmağa başlayıblar. Onlarla ev yandırılıb, 2 nəfər ölüb.

Bəzi mənbələr ölənlərin azərbaycanlı olduğunu desə də, Azərbaycan səfirliyi dəqiqləşmələrdən sonra bunu təsdiqləməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR