Əli Həsənov Azərbaycanın qondarma “erməni soyqırımı” ilə mübarizədə Türkiyəyə hər cür dəstək verdiyini bəyan edib

Əli Həsənov Azərbaycanın qondarma “erməni soyqırımı” ilə mübarizədə Türkiyəyə hər cür dəstək verdiyini bəyan edib
# 21 aprel 2010 10:51 (UTC +04:00)
APA-nın məlumatına görə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyədə son günlər qondarma “erməni soyqırımı” ilə mübarizədə Azərbaycanın bu dövlətə lazımi dəstək verməməsi ilə bağlı başlayan kampaniyaya belə münasibət bildirib.

PA rəsmisi həmçinin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi nümayəndələrinin bu məsələ ilə bağlı açıqlamalar verdiyini xatırladıb: “Bunun ardınca Azərbaycan parlamenti xüsusi müraciət qəbil etdi. Qərarda bildirilir ki, proseslər belə davam edərsə, parlament ABŞ Konqresi ilə əlaqələri kəsəcək. Dünya ölkələrindəki bütün diaspor təşkilatlarımız Konqresə məktublar, müraciətlər ünvanlayıblar. Dəstək ayrı necə olur? Azərbaycan xalqı və dövləti Türkiyənin yanındadır, əsas məsələ də məhz budur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR