Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov Kaliforniyanın Santa-Barbara şəhər kollecinin tələbələri qarşısında çıxış edib

Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov Kaliforniyanın Santa-Barbara şəhər kollecinin tələbələri qarşısında çıxış edib
# 23 aprel 2010 15:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov Kaliforniyanın Santa-Barbara şəhər kollecinin tələbələri qarşısında çıxış edib. APA-nın məlumatına görə, baş konsul çıxışında iştirakçılara Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfə və Azərbaycan cəmiyyətində uzun illərdən bəri hökm sürən tolerantlıq barədə məlumat verib. Qafqaz regionunun zəngin və rəngarəng mədəni irsi barədə danışan diplomat bildirib ki, regionun gələcəyi etnik ekspansiya siyasəti və şovinizm ideologiyasından imtinadan asılıdır: “ABŞ bütün regionun inkişafına böyük töhfə verə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə yönəlmiş səylərini artıra bilər”.

Regionun ABŞ-ın uzunmüddətli maraqları baxımından strateji əhəmiyyətinə toxunan baş konsul Azərbaycanın iki ölkə arasında bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini qarşılıqlı maraqlar əsasında qurmağa hazır olduğunu deyib. Azərbaycanlı diplomat bildirib ki, uğurlu regional siyasət strateji təsəvvürlərin daimiliyi ilə seçilməli, ikili standartlardan xali olmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR